6 ayda 1390 əkiz, 51 üçəm, 4 dördəm doğulub - AZƏRBAYCANDA

MƏMLƏKƏT 10:55 / 15.07.2024 Baxış sayı: 2291

Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41608 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb.

Yenises.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.

Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olmuşdur. Körpələrdən 1390-ı əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.