Zəka Vilayətoğlu : -  Gəl, gedək göyün üzünə...

Ədəbiyyat 21:56 / 28.12.2024 Baxış sayı: 641

 

           ***

Dünya ağzınacan dolu,

Yaşamağa daha yer yox!

Gəl, gedək göyün üzünə,

Yer üzündən baha yer yox!

 

Dünya belə gəlib-gedər,

Cəhd eyləmək əbəs, hədər,

Sinəmizdən basır kədər,

Dərd əlindən aha yer yox!

 

İnsanlığın halı fəna,

İndi çox dəbdədir günah,

Burda hiylə kəskin silah

Özgə bir silaha yer yox!

 

Arı, namusu atıblar,

Atanlar kama çatıblar!

Bileti çoxdan satıblar,

Günəşli sabaha yer yox!