Faiq  Balabəyli : - DEKABRIN SON GÜNÜ

Ədəbiyyat 09:40 / 31.12.2024 Baxış sayı: 979

 

BİRBAŞA

...

Bu da 24-ün sonuncu günü

əqrəblər yorulub, ləng gedir zaman

25 İlan tək qıvrılıb gəlir

 

Hava da soyuqdur, ləngiyir yaman.

Rədd olub getsəydi, - adına bax bir

əjdaha iliymiş, başımız üstən

alovlar püskürdü, qan-qada saldı.

 

Sürünə sürünə sürüşüb gedir

son gündə nələri gör yada saldı;

Meymunluq elədi bəzi yekələr,-

Urusu, Firəngi, farsı, dığası.

 

Qarışdı bulaşdı ağa, qarası

yalan danışdılar, gop elədilər.

Bizdə də səbr var, acığa düşüb

iqlimlə dəyişdilər, COP elədilər.

 

Qyruğu kəsilmiş çaqqalkimilər

gəldilər, gördülər qorxan deyilik

hürdülər, bildilər zaman dəyişib,

hər itin səsinə baxan deyilik.