Fərhad Tapdıqoğlu : - ANA

YAZARLAR 12:35 / 31.12.2024 Baxış sayı: 1016

 

                                                                              (kiçik hekayə)

Oğlu hospitalda koronavirusdan müalicə olunurdu.Yaşlı ANAdan gizlədirdilər oğlunun xəstə olduğunu...

Bir neçə gündən sonra ANA da o xəstəliyə yoluxdu. ANA hospitala yerləşdiriləndə oğlunun da burada müalicə aldığını təsadüf nəticəsində bildi...

ANA Allaha yalvardı:

" Ulu Tanrı ,nə olar oğlumun ağrılarını ,onun azar- bezarını mənə yönəlt,oğlumu xilas et..."

Həmin gecə ANA dünyasını dəyişdi ...

ANAnın yoxluğunu oğluna bildirmədilər....

...Oğlu sağaldı,evə qayıtdı..

Yaradana yalvarışlarından sonra ANAsının vəfat etdiyini oğluna yalnız o zaman dedilər..

Oğlu ağladı... ağladı...

ANALAR BELƏ OLUR...