Adil Şirin : - İLLƏR KEÇİR
Ağaclardan ilk bahar keçən kimi,
Göy üzündən durnalar keçən kimi,
Başımızın üstündən rüzgar keçən kimi,
İllər keçir, illər keçir ürəyimin içindən...
Yağmur tək yağır keçir,
Sular tək axır keçir.
Yandırır yaxır keçir,
İllər keçir ürəyimi. İçindən.
Oydu ömrümü illər,
Soydu ömrümü illər.
Açılmamış solan güllər,
İllər keçir ürəyimin içindən.
Baxdım Aya, Günəşə,
Könlüm bir qırıq şüşə.
Oya-oya, deşə-deşə,
İllər keçir ürəyimin içindən...