XATİRƏLƏT TÜSTÜLƏNƏN OCAQMIŞ,,,

YAZARLAR 14:57 / 14.08.2025 Baxış sayı: 7628

 

HÜSEYN ARİF, NÜSRƏT KƏSƏMƏNLİ ... BİR DƏ MƏN

“Bakı” qəzetində ilk dəfə məşhur filoloq alım, fars dilinin mükəmməl bilicisi Məmmədağa Sultanovun təqdimatıyla üç şeirim işıq üzü görəndən sonra Nüsrət Kəsəmənliylə də dostlaşdıq. Hər dəfə yönüm paytaxta düşəndə, ya redaksiyaya gedib onunla hal-xoş edir, ya da hansısa küçədə üz-üzə gəlib mehribancasına görüşürdük. 1983-cü ilin sentyabr ayının sonlarında “Azneft” Meydanından üzüyuxarı qalxsam da, hələ nahar vaxtına ikisaata yaxın vaxt var idi. Uzaqdan məni görən kimi ayaq saxlayıb ona çatmağımı gözlədi. Həmişəki kimi dosttanə görüşdük. Haraya getməyimlə maraqlandı. “Baksovetlə” üzbəüz olan beşmərtəbəli binanın müxtəlif qatlarında yerləşən “Sovet kəndi”, “Azərbaycan gəncləri” qəzetlərinə, sonra da “Ulduz” və “Azərbaycan” jurnallarına baş çəkib, axşamüstü “Azərbaycan” nəşriyyatındakı qəzet-jurnallara da gedəcəyimi. Heç düşünmədən dedi:- “İsmayıl, bu gün səsninlə ikilikdə yeyib-içmək könlümə düşüb. Ancaq bəri başdan deyim ki hesab sənlik deyil, qonaqlığın pulunu mən berəcərəm. Yeri gəlmişkən, həmin vaxta qədər Nüsrətlə ik dəfə yeyib-içmiş və “şotü” mən ödəmişdim. Sonra saatına ötəri nəxərdən keçirib, hə vaxtımıaz hələ saat yarım vaxt var, get qəzetlərə yazılarını təqdim elə, ancaq qayıdanda bizim redaksiyanın qarşısında yox, “Azneft” kruqunun sağ tərəfindəki küçənin tinində məni gözlə. Heş kimə də mənimlə qonaqlığa gedəcəyini demə, Yaxşımı?

Bir az geciksəm də, məni şərtləşdiyimiz yerdə dayanıb gözləyirşiş. Yanına çatan kimi niyə gecikdin dedi, İncimə qabağıma bir qarınotarmağa avam adam axtaran birisiylə rastlaşdım. Qıqsaqqız olub yaxamdan əl şəkmədi. Dedim əmim məni gözləyi, xəstəmiz var ora gedəsiyik. “Gülümsünüb, yaxşı ki sənin gəlişini görmədi, yoxsa sümsük it kimi gəlib yanımızı kəsdirəsiydi...

Xülasə, məsləhətləşib “Venetsiya”nın xudmani bir guşəsində üzbəüz oturduq.

Nə sifariş etdiksə stolun üstə əlbələ peyda oldu. Kiçik qabdakı buzlu sada iki araq, tikə kabab, mer-meyvə, üzlü motal pendiri, lüləkabab, yuxa, təndir çörəkləri, meyvə şirələri... Nüsrət arağın qapağını açıb adama yüz qram süzdü, “ xöşgədininimizin” şərəfinə içdik. Mən üzü şəhərə tərəf, Nüsrətsə dənizə tərəf oturmuşduq. Araq badələrini doldurub nəsə demək istəyirdəmsə, qəfildən Nüsrət arxaya qanrılan kimi ayağa qalxlb: “İsmayıl, əlini saxla, görürsən Hüseyn qağa əllərini də arxasınca qoyub Bulvarın qırağıyla addımlayır. Gedib onu gətirməsəm, günaha bataıq,-deyib iri addımlaral bulvar səmtə üz tutdu.Yeri gəlmişkən həmin vaxta qədər Hüseyn Arifi şəkildən, teleekrandan görsəm də şəxsli tanışlığım yoxuydi.

Ayağa qalxdım, Nüsrət məni Hüseyn Arifə elə təmtəraqla tanış elədi ki hər üçümüz ənyaxın dostlar kimibir-biribizin boynuna samaşdıq...

Stolun üstü yenidən təzələndi, yeməklərin çeşidi çoxaldı.

Hüseyn müəllim əvvəlcə üzünü Nüsrətə tutub: “Nüsrəti nəinli ölkədə heç ittifaqda tanımayan bircə nəfər varsa mənə lənət. İsmayılı da çoxlarından qabaq məni dəli eləyən bir şeiri ilə qəlbimi dağa döndərib. Yaxşısı budur deyim, sizin də xəbəriniz olsun. Üç ay qabaq gəzə-gəzə gedib çıxmışdım Nərimanın yanına, dedim Nəriman gətidin görüm bizim indiki cavanların hec ürəyəyatan bir şey yazırları, fərqli-yönlü şeirləri varmı? Nəriman qağamız qonşu otaqdan şair Davudu səsləyid dedi: “Gənc şairlərin yazdıqlarlının yığıldığı kağız qovluğu gətir görək onların içərisindəı Hüseyn qağanın bəyəndiyi bir şey olacaqmı. Əbbəlcə Bəhlul Ataxallının, sonra Avdı Qoşqarın və mənim şeirlərimi Hüseyn qağanın qarşısına qoyub, üçü də yaxşı şairdi. Qalanlarını, o yana qoy. Əksəriyyəti axına düşüb yazırlar. İsmayıl İmanzasənin üç şeirini oxuyanda rəngi-rufu açlıdı: Həmımıza üzünü tutub bax, şeir belə olar, görürsünüz “Meşə ləhcəsi” adlı şeirində bu tifağı dağılmamış görün şeirin axırında nə deyir: - “KÖRPƏ TUMURCUQLAR BUDAQ YUVADAN, UZADAR GÜNƏŞƏ DİMDIKLƏRINİ...” Şairin hər üş şeirini bəyəndim Bəhlul Ataxallı da Avdı Qoğqar da gözəl qələm sahibləridir. Nəriman müəllim., bir qələm, bir vərəq də ağ kaşız ver, bunların üçünə də ürəyimdən gələn ən səmimi söləri ünvanlayıb, hə üçünə “ uğurlu yol” yazacağam!...

Növbərt badə Heseyn müəllimin seçim etdiyi müəlliflərin sağlığına qeyd edildi....

Məclisin bir məqamında Nüsrət üzünü mənə tutub soruşdu: İsmayıl, sən Qağamızın rabitə nazirinə yazdığı məktubdan halısanmı? Yalan deyərəm, Hüseyn qağanın məzəli lətifələrinin bir qismini ya eşitmiş, ya da görkəmli xalq yazıçısı Mehdi Hüseynin nəşr etdirdiyi “Hüseyn Arifin lətifələr”i kitabından oxumuşam. Ancaq nazirlə olan hadisədən xəbərsizəm...

Nüsrət tez dilləndi:-Qoy, həmin əhvalatı Hüseyn qağaməz danışsın biz də ləzzətlə qulaq asaq. Bu yerdə Hüseyn qağa etiraz elədi,- Nüsrət sən bu əhvalatı məndən də şirin danışırsan. Özün danıış, harda yadından çıxan yer olsa mən əlavə edəcəyəm...

* * *

ƏHVVALATIN ƏSİL MƏĞZİNİ NÜSRƏT KƏSƏMƏNLI DEMƏK OLAR KI SÖZBƏSÖZ, CÜMLƏ-CÜMLƏ DILƏ GƏTİRIR BİZ DƏ ARABİR YÜZ- VURA MARAQLA QULAQ ASIRIQ:

Hüseyn müəllim təbiətin vurğunu olub, yaşı da ovçuluğu var imiş. Bəzən elə olurmuş ki rəsmi iş yerində “Azərnəşrdə” çox mühüm bir sənədə qol çəkilib təcili olaraq “yuxarılara” çatdırılırmalı olurmuş, Ancaq məlum olur ki o iş yerində yox, Muğanda, Qarayazıda, ya da Borçalı tərəflərlərdə “iş başındadır”...

Günlərin birində Hüseyn müəllimə titullu sənətkar kimi hökümət 5 mənzəlli ev bağışlayır. Köhnə evdən yır-yığış başa çatıb təzə ev sahmana salınan kimi məlunm olur ki Hüseyn qağanın telefonunu təzə rayona çəknək mürəkkəb məsələdir (Bilənlər bilir ki o illərdə evə telefon çəkdirməkçün illərlə növbədə dayanmaq lazım gəlirmiş...)

Hüseyn qağa əvvəlcə aşağı rabitə orqanlarının qapısını dəfələrlə döyüb, könhə mənzilinin telefonunu tələb edir. Hamı yaxasını kənara şəkib, bu işin çox gec başa gələcəyini bildidir. Yaşadığı təzə rayonun rabitə şöbəsi də şairə bu məsələsdə aciz qaldıqlarını izah etməyə çalışır.

Axır ki şair əlacsız qalıb respublika rabitə naziri hərbçi Hüseyn Rəsulbəyovun qəbuluna üz tutur. Hər təfə qəbul otağına gedəndə də özü demişkən sərv boylu badam gözlü bir erməni qızı onu heç koridordan da işəri buraxmırmış. Rus dilində gah nazirin MK-nın plemunda, gah nazirliyin tədbirində, gah ali sovetin iclasında (O vaxtlar bütün rayon rəhbərləri və nazirlər deputat “seçilidilər”.

Bir gün özü demişkən canı boğazına yığılandan sonra nazirliyin qəbul otağanın meşin qapllarına tərəf hay-harayla üz tutanda, qapılar taybaytay açılan kimi iri gövdəli bir kişi Hüseyn müəllimi zorla itələyib deyir: Ə, sən nə qaba, mədəniyyətsiz adamsan, katibə deyir dəfələrlə qapıdan qovmuşam, bacadan özünü içəri dürtür. De görim ayrı bir-işin-peşən yodu, yoxsa işimizə gizli nəzarət edən agentsən? Kişinin hərbə-zorbsına güclə davam gətirən Hüseyn müəllim:-Yoldaş Nazir, mən xalq şairi Hüseyn Arifəm, sizdən adicə bir xahişim var... Nazir bir az da qeyzlənir: Mən sən adda şair tanımıram, tez ol nazirliyi tərk elə...

Biçarə Hüseyn qağa evə çox dilxor vəziyyətdə qayıtsa, yolboyu nazirə karlı bir cavab verməyi düşünsə də qərara gələ bilmir. Kimə şikayət etsin, yəni şikayət etsə belə nəticəsi olacaqmı?..

Kişi evə keçən kimi Məleykə xanım şairin qırımındab vəziyyətin rusca olduğunu başa düşür.

- Akişi yaşı kütə-bozbaş biirmişıəm.. Çayı da təzəcə dəmləmişəm, hansını əvvəl gətirim! Heç birini, bir qələm, bir vərəq də ağ kağız gətir, öün də qapınıört get, çağırmayınca gözümə görünmə!..

* * *

HƏƏ, İNDİ BU MƏQAMDA GÖRƏK HÜSEYN QAĞAMIZ, NAZIRƏ SÖZLƏ NECƏ DİVAN TUTUR... (Şeiri Nüsrət səsləndirir, nən də mümkün qədər çalışıb yaddaşıma həkk etməyə çalışıram...)

Tanımadın, bu fikrin düz,

Qarnın şişib, sırtılıb üz.

Mən sənətkar, sən bir öküz-

Hardan tanıyasan məni?

Yan-yanadır medalllaın,

Maşallah, başından aşır varın,

Bircə damcı yoxsa arın-

Hardan tanıyasan məni?

Böyründə matışkaya bax,

Pivə dolu çaşkaya bax!

Sən biçimdə zırpıya bax,

Hardan tanıyasan məni?

Basılmaz keçidin, vərin,

Hüseyin “lağlağı yerin...

Bir qram yoxsa təpərin-.

Hardan tanıyasan məni?

Hüseyn qağa bu dəfə Məleykəni ucadan səsləyir: - Məleykə deyəsən bayaq xatirini dəydim. Ancaq sən biləsi iş deyil! Tezol küftə-bozbaşı gətir, sonra da bir stəkan çay verərsən. Vacib işlərim var, soruşsan da deyən deyiləm. Biraz əlli ol, tələsirəm!..

Əvvəlcə Mərkəzi poçta gedib Mərkəzi poçtdan Qazaxlı, aşıq dostu Hüsyn Xaloğluya zəng vurub hökmlə dedi: -Hüseyn axşam başını Qazaxda ülütürüb, gecə qatarıyla tezdənözünü mənə çatdır. Çox vacib bir iş dalınca göndərəcəyəm səni. Heç nəyə ehtiyaç yoxdur, bircə səhər tezdən özünü mənə çatdır.

Bundan sonra rabitə nazirinə yazdığı şeiri “Gənclik nəşriyatındakı makinaçı qızlara verib, üsütünə də bir əllilikqoyqndqan sonra:- İri hərflərinən yazı, çalışın səhv yazmayasınız, uzaq getmirəm bir saata yanınızdayam,-deyib bulvara təfəf üz tutdu...

Sübh tezdən qapının zəngi vurulan kimi Hüseyn Qağa müsfirin Hüseyn Xalaoğlu bildiyindən köhnə-qədim aşıq dostunu illər həsrəlisi kimi qarşılayb koridorun bir küncündə qoyulmuş masaya tərəf dartıb gətirdi.

-Qoy,gətirdiklərimi yerbəyer eləyib oturum, a qıvlasız. İri toxunma zənbildən hülqumu bir qulac görünəı hündquşu qanadlarını silkələyəndə ağsüfrəyə bükülmüş iki toyuq cəmdəyi və bir balon motal pendiri də özünü biruzə verdi. Məleykə kənara çəkilib Hüseynin eçidəcəyi tərzdə: Ay öyün yıxılmasın aşıq qardaş, Hüsyn, bəyəm buna görə bu dar macalda səni Qazaxdan bura çağırırdı. Bu nə xəcalətdi bizə vermisən?

- Dilini uzatma yenə arvad, get qonağa səhər yeməyi tədarüküylə məşğul ol!

Xaloğlu, bu dəfə səni toya-mərəkəyə çağrtmamışam. Bir nadanın cavabını verməsək, məndən əvvəl sənin bağrın çatlayar. Tək bircə saat dincini alandan sonra özünü çatdır dəmiryol vağzalına. Bükülüdən bir şeir çıxarıb oxuyandan sonra əlavə etdi,-bu bir qudurmuş hökumət itinin saza-sözə hürüşügü. Al bu alagözlü yüzlükdə sənin yol xərcin.Bu yazdığım şeiri əvvəlcə Gəncə, sonra Gədəbəy, Qazax, Borçalı... aşıqlarına çatdır və mənin adımdan da de ki, qoxmasınlar, harda gəldi oxusunlar...

Hüseyn Xaloğlu ta heç nə demədi, Məleykənin iki daşın arasında pay-püşlə dolduduğu “iri zənbili götürüb mənzili tərk ekəd. Aradan iki həftə keçməmiş şeirin səsi-sorağı yaxın-uzaq kənd-şəhəri, eli-elatı gəzib dolaşmağa başladı. Hətta Ağsu aşırımından Şirvana, Şamaxıya da gedib çatdı...

Sentyabrın ortalarıydı. Hüsyn qağa səhər tezdən qapını açıb aşağı düşədə pilləkanıan düz başında iki milislə, biri leytenat idi, rastlaşdı. Salam verib yanlarından ötmək istəyəndə leytenanat ədəb-ərkanlı şəkildə üzünü ona tutub dedi: Şair əmi, bizi nazirimiz yoldaş Rəsulbəyov sizi xahişlə görüşməyə dəvət edir. Siz Allah sözümüzü yerə salmayasıız. Maşın aşağıda gözləyir. Şair əvvəlcə etiraz edib elə bir kobud adamla görüşməyəcəyini deyəndə, Məlejkə bir addımqabağa keçib uşaqlqrın “qanlarının arasına” girdi. Hüsyn, bu cavan oğlanları danlaq altda qoyma, gəliblərsə deməli nazirin adından gəliblər. Get, beş-üç dəqiqə görüş sonra qayıt gəl. Hökümət adamıdır, yəqin nəsə deməyə sözü tapşıqığı var.

* * *

BURDAN SONRAKI SÖHBƏTİ HÜSEYN QAĞA, ÖZÜ DƏ LƏZZƏTLƏ DANIŞIR:

Baçınız üçün uğaqlar Nazirliyin yerləşdiyi mərtəbəyə çatar-çatmaz o boyda general mənı qucaqlayıb üz-gözümtə salamat qalası bir yer qoymadı O moltanı matışkası da dönə-dönə üzr istəyir, elə hey üzümə irişirdi. Meşin qapı taybatay üzümə açıq idi. Ortaya böyük bir yemək stolu qoyulmuşdu. Hər ikimiz nazirlə üzvəüz oturmuşduq Yeri gəlmişkən, başınız üçün otaqda 11 telefonaparatı var idi. Katibə qız əvvəlcə mənim indiyə kimi nəşr olunmuş 20 kitabımı ortaya qoyqnda, nazir xəcalət çəkimiş kimi üzrxahlıq etməyə başladı:- Üz istəirəm, dönə-dönə Hüseyn müəllim, sizinlə o dəfəki söhbətdən sonra işçilərdən bir neçəsini göndərib kitabxanalarda olan kitablarınızın xeyli hissəsini tapdırıb gətizdirdim. Vaxtım olsa da, olmasa da işdən ayrılıb kitablarıızı oxumağa başladım. Siz heç demə milli ədəbiyyatımızın məhək daşı, dahilər- dahisiymişsiniz. Nəni dönə-dönə bağışlayın, hökümət işi, nazirliyin qayğıları imkan verir ki Sizinn kimi dəyərli dahiləri vaxtında tanıyaq...

Nazirin bircə işarəsiylə kitablar iş stolunun üstə qalaqlanandan sonra

Yemək süfrəsi açıldı. Əvvəlcə adama bir stəkan çay içib sonra fransız konyakına, viskiyə keçdik. Nazir dilboğaza qoymadan mənə təriflər yağdırır, kitabımın birindən seçdirdii, “Sən dərsə gəlməyəndə” şeirimi oxuyur, guya ləzzət alırdı. Aradan 50 dəqiqəyə yaxın vat ötmüşdüş Qəfildən nazirin iş stolunun üstündəki narıncı rəngli telefon aparatı zəng çalanda o, əlini uzadıb dəstəyi qaldırdı. Mən təəccüblə Bıy, bu bizim Məleykənin səsinə oxşayır, deyəndə nazir dəstəy mənə uzadıb, buyuru evinizlə danışın dedi. Məleykə təəccblə, Hüsyn sənsən, elə burdan gedıəndən nazirlə bir yerdəsən?” Azz, Məleykə, bəlkə məni balaca adam hesab edirsən, bayaqadan bəri onunla birlikdə yeib-içirəm. Darıxma 5-10 dəqiqəyə qaydıram. Çox sağolsn, ehtyyacımızı nəzərə alıb evimizə telefon da çəkdirdi...

Təşəkkür edib ağağa qalxanda nazir məni blokun qarşına qədər müşüiyyət etdi. Katubə də iri bəzəkli bir sumkaya yığılmlş içki, və ömründə üzünü bircə dəfə “Rossiya” mehmanxanasında gödüyüm xarici şokalat qutusunu da lap üstə qoydu. Qoluma girib mənibidaha qucaqladı, bizə görə nətapşırığın olsa, qapım üzünə açıqdı,-dedi. Sonda heçkimin eşidəbilmədiyi bir sıslı: Hüseyn müəllim, mənim də sizdən acizanəbir xahişim var. Tapşırın bundan sonra şıqlar daha yazdıqlarınızı heşç yanda oxumasınlar. Vallah, sizdən nə gizlədim, hər yanda biyabır olmuşamm...

Üzünə yanpörtü baxıbgülümsümdüm: Narahat olmayın, tapşırararm heç yanda oxumazlar!Zalımoğlu barı anlamadıkı, aşığın dilinə düşən sözü dildən-ağızdan yığışdırmaqmı olar?!.

İSMAYIL MƏRCANLI İMANZADƏ

13-14.08.2025