Faiq Balabəyli - DÜŞDÜM.
Sənin toy günün İdi, toya gələ bilmədim
"Vağzalı" haray çəkdi, haya gələ bilmədim
Baharda gələcəkdim, yaya gələ bilmədim
Yolumda tufan oldu, borana-qışa düşdüm.
Soldu, soluxdu güllər yarpaqlar həşəm oldu,
Elə, o vaxtdan bəri sızlamaq peşəm oldu.
Bu həsrətin odunda qovrulan, bişən oldum
Mən başa düşülmədim, qana, qarğışa düşdüm.
Nə dəydim mən xətrinə, nə saxladım xətrini,
Elə xəyallarımda mən qoxladım ətrini.
Qaldır gözünün üstən kipriklərin çətrini
İslandım göz yaşından, yenə yağışa düşdüm.