Bəhruz  Niftəliyev - Ruhuna rahatllq ver,

Ədəbiyyat 07:52 / 08.12.2025 Baxış sayı: 208

 

Əlini deyil, ürəyini sıxan insanlardan ayrıl!

Rəhmini bir kənara qoy,

Rəbbini ürəyinə…

Çıx get, dəyərini bilməyənlərdən!

Cız get qapıları, cızdağı çıxana kimi,

Çöz get tabuları, günahı duyana kimi.

Müqəddəsin Sən ol,

Müqəssirin Sən ol!

Ya ol, ya öl!

Çabalama….

Çəpərləmə ruhunu!

Anam kimi sevmədi heç kəs,

Adam kimi sevmədi!

Bir təmənna, min müəmma!

Atam kimi sevmədi heç kəs!

Anladım mən zamanla…

İki qızım, iki quzum, Sizin qədər,

Sizin kimi çağırmadı heç kəs məni.

Ürəyimdə çağlamadı Sizin qədər,

Sizin qədər ağlamadı heç kəs məni,

Bu həyata Sizin qədər bağlamadı heç kəs məni.

Daha sondu,

Gedişimi bağışlayın.

Daha dondu, zaman neynim?!

Bu son vida, bu son səhnə,

Alqışlayın, alqışlayın!!!

08.12.2025