Bəhram Bilaloğlu - Dost deyib dostumu sirdaş edəndən

Ədəbiyyat 08:57 / 08.12.2025 Baxış sayı: 1160

Dost deyib dostumu sirdaş edəndən,

Köhnə xatirələr ərzini etdim.

Tufan fikirlərin fırtınasından,

İnkişaf yolunun fərzini etdim.

**

**Yollar ayrılsa da, sözlər bir oldu,

Hisslərim qarışdı, gözlər dür oldu.

Baxdım,ümidlərim ümidsiz qaldı,

Bilmədim, canıma mərzini etdim.

**

**Gözlə, bir gün olar qismətindisə,

Çalış həya elə ismətindisə,

Düzgünlük-doğruluq söhbətindisə,

Yazaram göylərə, tərzini etdim.

*

**Coşdurma arazı, kürü bu dəmdə,

Səsini saxlayar daim bu bəmdə.

Oxusa avazla yüz on dörd,bəndə,

Bilin ki, şeytanın qərzini etdim.**