"Həqiqətən bu istiqamətdə problemlər mövcuddur" - AMEA prezidenti
"Dil millətin milli kimliyinin əsasıdır. Həqiqətən bu istiqamətdə problemlər də mövcuddur. Reklam bazarında, efir məkanında, elmi tədqiqat əsərlərində, dərsliklərdə hələ də yeri gəldi-gəlmədi alınma sözlərdən istifadə edilməkdədir".
Yenises.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli deyib.
"Düşünürəm ki, burada olan qurumlar, bizi eşidən cəmiyyətin nümayəndələri bir yerdə bu məsələləri müzakirə edib həlli yollarını tapıb aradan qaldırmağa borcludur. Bu, ümummilli vəzifədir".