Şərafət  Şəfa - Nakam sevda yolundayam..

Ədəbiyyat 11:59 / 08.12.2025 Baxış sayı: 189

Külək, çovğun yarışdadı,

İstəyim qarlı qışdadı,

Düz yox, əyri alqışdadı,

Nakam sevda yolundayam.

 

Görən ded, nədi bu hal?!

Sözüm gəzdi mahal-mahal,

Gəl, əzrayıl, canımı al,

Nakam sevda yolundayam.

 

Gözlərimdə kor işığı,

Gözüm görməz yaraşığı,

Çağırın ustad aşığı,

Nakam sevda yolundayam.

 

Şəfa, söylə nə zillətdi,

Saça qarı kim ələtdi?

Ellər, tutduğum qələtdi,

Nakam sevda yolundayam..