Xanım İsmayılqızı : - Pəncərəm açılıb bütün dillərə...
Pəncərəm açılıb bütün dillərə...
Burda da öyrənmişəm buludla danışmağı...
Yağışla öpüşməyi...
Küləklə bölüşməyi...
Yarpaqlar sevilir bir-birində...
Çiçəklər ətrinin səfərində...
Həyat əllərini uzadıb batanlara...
Tut da, ax da, çıx da...
Aləm nağıl danışır oyananlara, oyadanlara...
Yat da, bax da, qalx da...
Ağaclar budaqları qoruyur uşağı kimi...
Budaqlar yarpaqların atası...
Rənglənir cənnətin dodaqları göy qurşağı kimi...
Torpaq hər vaxtın, hamının anası...
Pəncərəmin önündə serenada havası...
Yıxılaram havanın qucağına...
Yaşayıram dünyanın acığına...
Ağaclar əl uzadıb əllərə...
Pəncərəm açılıb bütün dillərə....
15.08.2019. Karlovı Varı.