SÜLEYMAN ABDULLA.: - BAŞSIZ ŞEİR

Odla oynamaqmış qədərindəki,
Sozalıb qatacaq közlə başını.
Elə yozudacaq son nəfəsəcən,
"Tablaş"la, "səbr et"lə, "döz"lə başını.
Çox şükür, yalanın qalın gönü var,
Sağı var, solu var, dalı, önü var.
Sinənə gülləni çaxsa yönü var,
Qılıncdan, qalxandan gözlə başını.
Dünya vəfasızdı, aldana girlən,
Yüz olan arzunu sıfırla, birlə.
Bir ömür aldadıb tale şeirlə,
Sonda batıracaq sözlə başını.