Elnur Uğur Abdiyev : - Bütün arzulara oruc tutaram
jpg-1745558251.jpg)
Bütün arzulara oruc tutaram,
İftarıma eşqin can verər cana.
Niyyətin xalisi,andın paklığı,
Eşq budur,yox bir eşq bundan o yana.
Sevgin Günəş doğdu hər sabahıma,
Süfrətək sərildi Yer sabahıma.
Dünyada bir sənə,bir Allahıma,
Tükənməz ki borcum,ana,can, ana!
Mənim varlığımın qayəsi sənsən,
Bu Quran ömrün ilk ayəsi sənsən.
Tanrının yerdəki sayəsi sənsən,
Eşqinlə gecələr dana aldanar