Aləmzər Sadiqqızı : - Sevgi şairi tək köçər dünyadan....

Anadan doğulub sanki, qəm üste,
Gözləri yağışa bənd olan qızın.
Atalı qızlara həsəd aparan,
Gənc ikən həyatı solan bu qızın.
Bircə an gözləri gülə bilmədi,
Yağışdan yağmura köçən gəlinin.
Əyninə geydiyi bəyazlarını,
Özünə kəfən tək biçən gəlinin.
Nələri yaşadı, nələri gördü,
Ayrılıq yükləri daşıyan qadın.
Sevgi şairi tək köçər dünyadan,
Ömrünü sevgisiz yaşayan qadın.
2.2.2025.