Saqif Qaratorpaq : - Barmaqlarımın yaddaşındasan,

Ədəbiyyat 09:06 / 14.08.2025 Baxış sayı: 1833

***

Barmaqlarımın yaddaşındasan,

səni rəng-rəng

təzədən

çəkə bilərəm

könlümün divarına.

̵səni söz-söz,

misra-misra yaza bilərəm yenidən.

səhər günəşinin şəfəqlərinə,

ağacların yarpaqlarına,

çiçəklərin ləçəklərinə.

Barmaqlarımın yaddaşındasan,

əllərimin tozu qalıb saçlarında...

yağış yağsa,

yolarda gül-çiçək bitər.

qırmızı,ağ,sarı.

O gülləri öpmək üçün

əyilər ağacların budaqları,

yarpaqlar səsinlə pıçıldayar

o güllərin qulağına

sevgi hopmuş misraları....

Barmaqlarımın yaddaşındasan,

bir günahın möhürü tək,

bir cinayətin izi itməz heç vaxt...

qatili qan tutar̵,

qorxu verər ələ...

Məni harda axtarsalar

səndə tapacaqlar

eşq qoxuyan söz kimi...