Şakir Xanhüseyn : - SƏHƏR ŞEİRİ

Ədəbiyyat 08:26 / 17.04.2025 Baxış sayı: 2839

 

Sübh açılır,

çəkirəm sinəmə çöl havasını.

ağzımı ilkin

bir “sabahın xeyir"lə açıram

edər kimi günün ilk duasını...

Səhər açılır,

bir ovuc çilətmə suyla

gözümün qıyında qalan

yuxunu qovuram...

Nəzərimdən qaçmır:

hər yerdə qapılar açılır,

elə bil açılır bütün düyünlər:

”gəl, ey səhəəər..”...