Sahibə Yusif :- Bəlkə də sənin üçün
Bəlkə də sənin üçün
Bu sevgi bir suç idi.
Ağla, tənha otaqda,
Dizlərini quc indi.
Kimə lazımsan, qadın?
Varmı sənə ehtiyac?
Səni incidən sənsən,
Bacarsan özündən qaç.
Səni əldən salanlar,
Səni ələ salırlar.
Əzabından, acından,
Gör necə kam alırlar.
Kor qalmış arzuların,
Bir nankorun naxşıdı.
Haqqın var danışmağa,
Amma susan yaxşıdır.