Ramiz Qusarçaylı : - TUT

Ədəbiyyat 12:27 / 15.08.2025 Baxış sayı: 2115

 

Bu tut yenə tutmadı,

Tutun tutması tutub.

Ta bu tutdan tut olmaz,

Çətin...

tutması tutub.

Çatı çəpdi calağın,

Gözü dolub dolağın,

Altındakı alağın,

Otun tutması tutub.

Səslə bağban Təhməzi,-

Bir də xar tut əkməsin,

Dadı qaçıb bəhməzin,-

mətin,

tutması tutub.

Bu tut yenə tutmadı,

Tutun tutması tutub...