Polisə atəş açan  zərərsizləşdirildi  - PAYTAXTDA

KRİMİNAL 08:55 / 05.09.2024 Baxış sayı: 1147

Paytaxtın Sabunçu rayonunda narkopritonda silahlı insident olub. 

Yenises.az  bildirir ki, DİN-in Mətbuat Xidmətinin  məlumatına  görə  sentyabrın 4-də saat 21 radələrində paytaxtın Sabunçu rayonunda polis əməkdaşları tərəfindən evlərin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan məlumat üzrə əməliyyat keçirilib. 

Əməliyyat tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. 

Müəyyən edilib ki, narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məmmədov Akif Zakir oğludur. 

Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. 

Fakt üzrə araşdırmalar davam etdirilir.