Bakıda gecə leysan yağacaq -XƏBƏRDARLIQ

MƏMLƏKƏT 17:00 / 19.05.2025 Baxış sayı: 3644

Bakıda və Abşeron yarımadasında mayın 19-u axşam və 19-dan 20-nə keçən gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Yenises.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.