“Azərbaycanın həmin tədbirə ev sahibliyi etməsini alqışlayıram” - Paşinyan

DÜNYA 20:30 / 23.05.2025 Baxış sayı: 3177

“Avropa Siyasi Birliyi” sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsini alqışlayıram”.

Yenises.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “X” səhifəsində yazıb.

“Deməliyəm ki, Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib”, - Baş nazir bildirib.