Kəmalə Abıyeva : - Göylərin altında, yerin üstündə...

Ədəbiyyat 07:15 / 22.05.2025 Baxış sayı: 1555

Göylərin altında, yerin üstündə,

hərdən havada da qovrulur adam.

Saxtalar içində öz özünə də

təsəlli verməkdən yorulur adam.

 

Yorulur yalanı doğru bilməkdən,

yorulur doğrunu yalan bilməkdən.

hərdən gülüşündən utanır adam,

yorulur yalandan üzə gülməkdən...