Əziz Səncərə Əlişir Nəvai mükafatı veriləcək

MƏDƏNİYYƏT 15:46 / 21.05.2025 Baxış sayı: 2411

Nobel mükafatçısı Əziz Səncərə Əlişir Nəvai mükafatı veriləcək.

Yenises.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında məlumat verib.

Onun sözlərinə görə, Əziz Səncər Türk dünyasının mədəniyyət elçisidir və türk elminin inkişafına böyük töhfə verib.