" Ekipaj üzvlərin qəhrəmanlığı bizim hər birimiz üçün qürur mənbəyidir" - Tahir Rzayev, millət vəkili
"Vurulan təyyarənin qəza anında göstərilən qəhrəmanlıq da, bunun qiymətləndirilməsi də qürur verir"
6 yanvar, 2025 [14:26]
“Ötən ilin son günlərində bizim pilotlarımız çox böyük bir qəhrəmanlıq nümayiş etdirdilər. Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş qəza hadisəsi göstərdi ki, Azərbaycan vətəndaşları öz torpaqlarının və öz hüquqlarının əsl sahibidirlər. Onlar insanlığın səadəti yolunda canlarından keçməyi bacarırlar. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bu fədakar insanları ölkənin ən ali "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif etməsi bir daha göstərir ki, ölkənin hər bir vətəndaşı onların qəhrəmanlığını, Azərbaycanın ucaldılması və şöhrətlənməsi uğrunda atdıqları addımları qiymətləndirir”.
Yenises.az xatırladır ki, bu fikirlərin müəl millət vəkili lifi Tahir Rzayevdir.Mətbuata açıqlama verən millət vəkili vurğulayıb ki, İqor Kenyaşkinin, Aleksandr Kolyaninovun və Hökumə Əliyevanın, eləcə də digər ekipaj üzvlərin göstərdikləri bu qəhrəmanlıq bizim hər birimiz üçün bir qürur mənbəyi olmaqla yanaşı, həm də fəxarətdir.
“Ölkə rəhbərinin baş vermiş hadisəyə reaksiyası, qətiyyəti, günahkarların cəzalanması üçün göstərdiyi cəhdlər və eləcə də bunun sübuta yetirilməsi üçün görülən tədbirlər, ölkə rəhbərinin və birinci vitse-prezidentin qəhrəman pilotlar üçün təşkil olunan dəfn mərasimində iştirakı, ölkə rəhbərinin və onun xanımının hadisənin kədərinə dərindən şərik olmaları, cənab İlham Əliyevin AZTV-yə verdiyi müsahibə və söylədiyi ifadələr, günahkarlara qarşı tədbirlərin görülməsi üçün irəli sürdüyü təhlillər konstitusiyamızın eləcə də, suverenliymizin bizə verdiyi imkanların nəticəsidir”-deyə deputat vurğulayıb.