Əşrəf Veysəlli : - PUL
Dövran özü çəksə də həsrət sənə
İstəmirəm ki,verə zəhmət sənə
Sabira,olsun yenə rəhmət sənə-
Hər gecə min qan eləyən puldu,pul,
Aqili nadan eyləyən puldu,pul.
Hər kimin ki,pulları əskik gələr
Üstünə dağdan da ağır yük gələr
Pullu kəsin daz başına tük gələr
Səhranı bostan eliyən puldu, pul
Dəşti- gülüstan eləyən puldu ,pul
Bir avaranın avara şerini
Taleyi kəm,bəxtiqara şerini,
Mənası yox,cızmaqara şerini
Dillərdə dastan eləyən puldu,pul.
Cəhd elə çoxlu pulun olsun ,bala,
Öz cığırın,öz yolun olsun,bala
Yoxsul olanlar qulun olsun,bala
İnsanı insan eləyən puldu,pul
İnsanı şeytan eləyən puldu,pul