Qəşəm İsabəyli : - QURD ÜRƏYİ VƏ ŞİMAL AYISI
Qurd ürəyi yeyib vətəndaşlarımız, vallah,
Qorxub-çəkinmədən Rusiya səmasında
Elədən-elə,
Belədən-belə
Vaz atırlar.
Day demirlər, Şimal ayısının
Beyninin qurdu tərpəndi birdən –
Göydə göydən olalar,
Yerdə yerdən!
Qurd ürəyi yeyib
Azərbaycan vətəndaşları, vallah!