Elnur Uğur Abdiyev : - Bilmək olmur,Adəm oğlu...

Bilmək olmur,Adəm oğlu,
Adam harda nə itirir.
Adam bu gün öz nəfsindən,
Dünyaya insan oğlu yox
Dünyaya şeytan gətirir.
Qınama yazı yazanı,
Vergül ömrümüzün danı.
Ömür adlı bu inşanı,
Xoşbəxtdir sualla deyil,
Kimsə nöqtəylə bitirir.
Çox fikirlərə daldılar.
Bəndələr bəndlər saldılar,
Bəlkə,qarşımı aldılar.
Anlamadılar,Allahı
Elnura uğur yetirir.