Şakir Xanhüseyn : - SONETLƏR

1
***
kölgə düşür işığın da üstünə,
işığı da qaralamaq olur ha...
dediyinə bir az diqqət etsənə,
işığı da yaralamaq olur ha...
o işığın işığına bir baxsan,
bir qəlb kimi nə təmizdi, nə pakdı!
bir şeirə qanad verib uçurman
bəlkə elə o işığı tapmaqdı...
yaxşı olan bir işıqdı hey yanan;
dostunu keç, düşməni də var amma...
götür sözü işıq kimi əzizlə,
birdən yerə düşməyi də var amma...
qoruyasan od-ocağı, nə gözəl,
çırağına uzanmaya xain əl...
2
***
iydi, iy- düppədüz, gəl, düz sarımır,
elə hey yatanın yuxusu gəlir...
həqiqət itirib gerçəkliyini,
nə düz sarımaq var, nə iş düz gəlir...
sağ əl sol əl ilə düz sarımırsa...
kimdi e kimləsə düz sarıya, eh...
bu bazardan adla, keç o bazara;
kasadlıq keçirir düz sarıdan, eh...
gərək hər kəs ilə düz sarıyasan,
kimsə yalanı da doğru sırıyır...
işin əyilibsə, bax, o filankəs-
fikirləşmə- mənlə əyri sarıyır...
bir əl ki öyrəşə əyri işlərə,
çətin yaranı da düz sarıya, hə...