Aləmzər Sadıqqızı :- Mən qayıtmaram...

Əllərim elə bil qar havasıdır,
Əllərim üşüyür sənsizliyimə...
bəlkə də dünyanın sonudur elə,
Quruyub qalmışam səssizliyinə...
Sən belə deyildin, sevgi doluydun,
Yoxluğun gör necə yeyir içimi.
Bəlkə də bilmirsən ömrün payızı,
Mənə xatırladır durna köçünü...
Elə çıxıb getdin səssiz- səmirsiz,
Arxanca bir ovuc su da atmadım...
Qayıt, gözüm nuru durnalar kimi,
Bəlkə gələn günə ömrüm çatmadı...
Bu bahar da keçər, yay da ötüşər,
Bu eşqi özgəyə inan satmaram...
payız durnalara qoşulub getsəm...
Durnalar qayıdar, mən qayıtmaram...
17.4.2025.