Bəhruz   Niftəliyev : - Darıxanda nə edirsən... bilmirəm,

Ədəbiyyat 10:40 / 06.05.2025 Baxış sayı: 1184

Darıxanda nə edirsən... bilmirəm,

Çağıranda gələrsənmi, sevgilim?

Həmin küçə, həmin şəhər, həmin ev,

Çağ olanda gələrsənmi, sevgilim?

 

Gözlərində itirsəydim özümü,

Görən məni tapardılar hardasa?

İzin versən dodağına izimi

Nəqş eləyim, yaxına gəl, hardsan?

 

Sağım boşluq, solum yoxluq, uçurum,

Saçlarında bəyazlar var, üfürüm?

İcazə ver səni tapım bu gecə,

Səni tapım, mən özümü itirim

 

İtirəndə aşkar olur hisslərim,

Əzab mənim, qəzəb mənim, hirs mənim,

Naxış olsun üzərində izlərim,

Həmin çağdı, o ocaqdı, sevgilim!

06.05.2025