Xatirə Rəhimbəyli - Yerə  ( Qəzəl)

Ədəbiyyat 09:31 / 18.07.2026 Baxış sayı: 465

Tabım-təvanım qalmadı ,gəl gedək yar olan yerə ,

Kin-küdurət viran olub məhəbbət var olan yerə.

 

Vəfa deyib cəfakeşi , bietibarı görmüşəm ,

Ürək dözmür tab gətirəm insanlıq xar olan yerə .

 

Ruhun qidası sözdü, söz ,bu səhrada bişdi könül ,

Apar məni mənaları budaqda bar olan yerə

 

Dəvələri görürəm ki,gedirlər xər arxasında ,

Qartalları görürəm ki, dustaqdı sar olan yerə.

 

Bu məzlumu sən zalıma niyə yazdı tale yazan ,

Payızgözlü duyğularım həsrət bahar olan yerə ..

 

Əğyar əğyarə tuş gələ ,aşiq məşuqa rast ola ,

İncə qəlblər tən gəlməyə nalə, qübar olan yerə .

 

Dövran əlində acizəm ,Xatirə bir mədəd eylə ,

Qoyma könül boyun əysin düşüncə dar olan yerə