vSüdabə Sərvi - AYAĞIM ALTINDAN QAÇIR YER ÜZÜ
“Mən bir ceviz ağacıyam Gülhanə parkında,
Nə sən bunun farkındasan, nə də polis farkında...”
(N.Hikmət)
Ayağim altından qaçır yer üzü,
Bədənsiz bir başam qolumun üstə.
Həsrətə bələnib içimdə sözüm,
Durubdu dərd-kədər yolumun üstə.
Qara gün uzadır qara əlini,
Qaldırır heç bilmir hara əlini.
Çəkdikcə dünyanın bu dərd -qəmini,
Əzab daşıyıram belimin üstə.
Ürəkdi darıxıb sinəmi didən,
Ruhumdu cismimdən o çıxıb gedən.
Yapışıb yaxamdan içimdəki mən,
Çarpışır ölümlə olumun üstə.
Bu gün ümidimi kəsib gedəcəm,
Dərdimdən, qəmimdən küsüb gedəcəm.
Bu arsiz dünyadan bezib gedəcəm,
Ruhum ağlayacaq ölümün üstə.