Xatirə Rəhimbəyli : - .Yar, elə baxma!

Ədəbiyyat 21:05 / 03.02.2025 Baxış sayı: 778

Baxdım...Baxışında adamöldürən

Bir qüssə, bir qübar...Yar, elə baxma!

Bütün ümidləri yaxıb söndürən

Zalım bir acı var...Yar, elə baxma!

 

Bəxtinə doğma ol, yanaşma ögey,

Mənim xatirimə danış eyy, gül eyyy...

Üzgün ürəyindən qüssə, qəm, giley

Hər nə var, sil apar, yar, elə baxma!

 

Ömrümdə xoş nə var, olsun sənin, yar,

Amma əlin burax bu qüssənin, yar.

Ömrünə gül açsın həmişə bahar,

Düşməsin boran, qar... yar, elə baxma!

Baxdım... Baxışında adamöldürən

Bir qüssə, bir qübar...Yar, elə baxma!