Türkiyə XİN Avropa Parlamentini  əxlaqlı olmağa  ÇAĞIRDI

DÜNYA 08:57 / 18.03.2023 Baxış sayı: 1437

 

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qondarma “erməni soyqırımı”na dair bəyanatına cavab verib.

Bununla bağlı Türkiyə XİN bəyanat yayıb.Bəyanatda  deyilir:

“Görünür ki, Avropa Parlamenti 15 mart 2023-cü il tarixli “Aİ-Ermənistan münasibətləri” adlı hesabatında ölkəmiz və 1915-ci il hadisələri ilə bağlı əsassız iddialara yer verməkdə israrlıdır. Tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlərin bizim üçün heç bir əsası yoxdur”, - deyə nazirlik vurğulayıb.

Qeyd olunub ki, Türkiyə Avropa Parlamentini bu cür birtərəfli və əsassız iddiaları təkrarlamaq yerinə siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət etməyə dəvət edir.