Tovuzda 3 və 17 yaşlı oğlan faciəvi şəkildə öldülər

v
Tovuzda 3 yaşlı uşağın və 17 yaşlı oğlanın üzərinə ağac aşaraq onları öldürüb.
Yenises.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
Belə ki, küləkli hava şəraiti səbəbindən iri gövdəli ağac 2005-ci il təvəllüdlü Telman Allahverdiyevin və 2019-cu il təvəllüdlü F.Zeynalovun üzərinə aşıb. Nəticədə hər iki şəxs aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.