Tahir Rzayev, millət vəkili : - "Ermənistan müstəqil siyasət yeritməyə qadir deyil!"

SİYASƏT 10:28 / 28.11.2024 Baxış sayı: 1759

Bu günlərdə  Fransanın "Arte" kanalı, Ermənistanla bağlı yayımladığı sənədli filmdə 1990-cı illərdə Qarabağdan məcburi köçürülən azərbaycanlıları "erməni qaçqınları" olaraq təqdim etməsi Azərbaycan qarşı düşmən münasibətinin göstəricisidir

"Fransanın "Arte" kanalı, Ermənistanla bağlı yayımladığı sənədli filmdə 1990-cı illərdə Qarabağdan məcburi köçürülən azərbaycanlıları "erməni qaçqınları" olaraq təqdim etməsi nankorluğun və Azərbaycan qarşı düşmən münasibətinin göstəricisidir. Fransa dövləti tarixən Azərbaycan qarşı düşmən mövqeyində olub. Torpaqlarımız işğal altında olduğu dönəmdə də Fransa prezidenti və siyasətçiləri Ermənistanı daima müdafiə edib, təcavüzkar dövlətə dəstək veriblər. Bu gün də bu çirkin mövqe davam etdirilir. Qarabağdan məcburi köçürülən azərbaycanlıları erməni qaçqınları kimi qələmə vermək, bir daha Fransanın mənfur niyyətlərini və Ermənistanı dəstəklədiyini sübut edir"

Bu sözləri Milli Məclisin komitə sədriTahir Rzayev "Operativ Media"yanın sualını  cavablandırarkən   deyib.

Millət vəkili bunu da vurğulayıb ki,əslində  bu addım Azərbaycana böhtan atmaqdan başqa bir şey deyil. Bu siyasət Fransaya heç bir fayda verə bilməz, çünki Fransanın təcavüzkar ölkəni müdafiə etməsi, daim onun yanında olması, Ermənistanı silahlandırması, haqsızlıq və ədalətsizliyin tərəfdarı olduğunu göstərir: " Sonda hər zaman haqq və ədalət qalib gəlir və qalib olaraq qalacaq. Azərbaycan qazandığı zəfərlərlə bunu sübut etdi. Bu gün Ermənistan çətin günlər qarşısındadır. O, bir tərəfdən qərbə və Fransanın kölgəsi altına sığınır, digər tərəfdən isə Rusiyaya meyillidir. Bu isə onu göstərir ki, Ermənistan müstəqil siyasət yeritməyə qadir deyil. Ölkə başqalarının diktəsi ilə hərəkət edir. Bu müharibəyə, şantaja və yalana meydan açır. Əlbəttə ki, bu, Ermənistanı heç bir uğura apara bilməz. Çünki Ermənistanda iqtisadi və siyasi böhran davam etməkdədir. Ermənistanın baş naziri özünün ikiüzlü, standartlara arxalanan siyasəti ilə bu gün nəinki beynəlxalq aləmdə, eləcə də öz ölkəsində ciddi təhqirlərə və mənəvi təzyiqlərə məruz qalır".

Tahir Rzayev Fransanın yayımladığı sənədli filmin Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna, həqiqətlərə və imicinə heç bir zərbə vura bilməyəcəyini vurğulayıb:

"Əlbəttə ki, bu, Fransa dövlətinin və onun siyasi dairələrinin yürütdüyü mənfur siyasətdən qaynaqlanır. Belə hallar bundan sonra da davam edəcək, çünki Azərbaycan dövləti və prezidenti Fransanın və onun prezidenti Emmanuel Makronun çirkin məqsədlərini artıq bütün dünyaya bəyan edib və əyani faktlarla göstərib. Sözsüz ki, bu, Fransanın gələcəyinə, iqtisadiyyatına və mənəvi ailəvi imicinə güclü zərbədir. Makronun son illərdə aşağı düşən reytingi, ona olan etibarsızlıq göstərir ki, Fransa özünün siyasəti ilə xalqının gələcəyinə ciddi problemlər yaradır. Bu cür sənədli filmlərin yayımlanması Azərbaycan həqiqətlərinə kölgə sala bilməz. Bu, mümkün deyil. Ola bilər ki, müəyyən dairələr bundan təsirlənsin. Belə fikirlər onsuz da mövcuddur. Bu gün Fransanın əlində oyuncağa çevrilmiş Avropa Parlamenti və digər qurumlar anti-Azərbaycan siyasəti yürütməkdə davam edirlər. Amma Azərbaycan haqq və ədalət yolundadır. Beynəlxalq normalara söykənən dövlətdir. Ona görə də öz fikrini real faktlara əsaslanaraq bildirir və buna uğurla nail olur".