Tahir Rzayev : - " Göstərilən diqqət  və  qayğı  idmançılarımızln  arzularını   reallaşdırır"

Gündəm, İDMAN 15:46 / 10.01.2023 Baxış sayı: 3428

“Azərbaycan bayrağını beynəlxalq yarışlarda zirvələrə qaldıran idmançılarımıza xalqımızın hörmət və ehtiramı sonsuzdur. İnsanlar hər vaxt qələbələrimizin təkrarlanması, idmançılarımızın dünya şöhrəti qazanması arzusundadırlar.”  Yenises.az bildirir  ki, bu  fikirləri   mətbuata   açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

 

Komitə sədri vurğulayıb ki, o arzular Azərbayan Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində son illər reallığa çevrilmiş və Azərbaycan idmançıları mötəbər turnirlərdə yaddaqalan uğurlara imza atmışlar.

“Cənab Prezident İlham Əliyev 2022-ci ilin idman yarışlarının yekunlarına həsr olunmuş mərasimdəki çıxışında o uğurlara yüksək qiymət verib və bütün sahələrdə olduğu kimi, idmanın inkişafında da qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirildiyini bildirib. Ölkə rəhbəri qeyd edib ki, idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar və onların 300-ə yaxını qızıl medallardır. Dünya, Avropa çempionatında, İslam Həmrəylik Oyunlarında ölkə idmançılarının qazandıqları uğurlar sevindiricidir və onlar ölkəmizi həmin turnirlərdə ləyaqətlə təmsil etmişlər. Əlbəttə ki, bu uğurları artırmaq üçün ölkədə çox böyük idman tədbirləri həyata keçirilir və Azərbaycanda keçirilən bir çox beynəlxalq yarışlar, eləcə də respublika çempionatları, müxtəlif görüşlər, idmançılara göstərilən qayğı və diqqət onu deməyə əsas verir ki, Azərbaycan idmanı inkişafdadır və ölkə rəhbəri bu inkişafın daha yüksək səviyyədə təmin edilməsi üçün lazım olan tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edir.

Azərbaycan Prezidenti öz çıxışında qarşıya çox mühüm vəzifələr qoyub. Bu vəzifələrdən ən başlıcası gənc idmançıların hazırlığının ardıcıl olaraq həyata keçirilməsi, onların daha mötəbər tədbirlərdə uğur qazanmalarının təmin olunmasıdır. Digər tərəfdən Azərbaycan Prezidenti bildirib ki, yarışların miqyası artırılmalıdır. Mütləq bütün regionlarda idman yarışlarının kütləviliyinin artırılması üçün icra strukturları, əlaqədar orqanlar lazımı tədbirlər həyata keçirməlidirlər. Ölkə rəhbəri bildirib ki, artıq respublikanın əksər rayonlarında çox müasir tipli İdman-Olimpiya Mərkəzləri, futbol meydançaları, digər idman qurğuları tikilib istifadəyə verilib və bundan səmərəli istifadə olunması təmin edilməlidir.

İdmanmılara dövlət dəstəyi var və hər kəs bu sahədə üzərinə düşən vəzifənin vacibliyini bilməli, idmanın kütləviliyinin artırılması üçün qarşıya qoyulan vəzifələr həyata keçirilməlidir. Ümumiyyətlə, Azərbaycan idmanı bu gün dünyada özünün nüfuzlu, mötəbər yerini tutub və idmançılarımızın qazandığı nailiyyətlər deməyə əsas verir və ümid yaradır ki, bundan sonra da Azərbaycan idmançıları ən mötəbər tədbirlərdə Azərbaycan bayrağını zirvələrə ucaldacaqlar. Çünki ölkədə Azərbaycan idmanının inkişafı üçün hər cür şərait və imkan vardır. Mərasimdə bir çox idmançıların mükafatlandırılması, təltif edilməsi göstərir ki, Azərbaycan Prezidenti daim idmanmıların yanındadır, onların həyat şəraitinin yaxşılaşdırılması, onların daha yüksək nailiyyətlət qazanması üçün vacib olan tədbirlərin yerinə yetirilməsini reallaşdırır”, deyə Tahir Rzayev bildirib.