Şövkət Zərin Horovlu.- Qalıb

Ədəbiyyat 12:17 / 21.08.2026 Baxış sayı: 399

 

Dalınca baxıram ötən günlərin,

Gordüm ağı gedib, qarası qalıb.

Bostanı sovulub bağı talanıb,

Yerdə təkəmseyrək urası qalıb.

 

Sevdalı çağların yellər aparıb,

Qıjovuna salıb sellər aparıb.

Qürbət sazağında illər aparıb,

Başında gəncliyin havası qalıb.

 

Uşaqtək çöl oynun,dərə-düz gəzir,

Qayğısız bir axşam,bir gündüz gəzir.

Başını qoymağa,doğma diz gəzir,

Bir eldə analı dünyası qalıb.

 

Turan yolu gedib əzəldən-sona,

O taya boylanıb hey yana-yana.

Qorxur ki,yarıda ömür dayana,

Təbriztək sağalmaz yarası qalıb.

 

Şövkət dəyişməyib elə həməndir,

Bircə misrasından duyanlar bilir.

Hərdən yaş təntidir, bir az kövrəlur,

Orda son mənzili yuvası qalıb.