Elnur Uğur - DANIŞIR
Ədəbiyyat
12:46 / 21.08.2026
Baxış sayı: 516
Dövranın kələfi yaman düyündü,
Cahil aqillərə dindən danışır.
İlahi, bu necə hikmətdi, matam,
Səni dərk etməyən səndən danışır.
Küləklər cənuba tələsir,əsir
Arazın üstündə yel əsir,əsir.
Təbrizdə bir gözəl gül əsir- əsir,
İlahi,əsirdir bəndən, danışır.
Ey qarışıq mallar dükanı dünya,
Burax əllərindən sükanı, dünya!
Zaman gözləməyir məkanı dünya,
Ayrılıq yuxusun mən- mən danışır.