Sevinc Qərib : - DARIXMIRAM Kİ...

Gündəm 09:10 / 31.07.2024 Baxış sayı: 2988

DARIXMIRAM Kİ...

Deyirsən ki, darıxma,

Darıxmıram ki...

Təkcə gözlərimdi

yollarda qalan.

Bir az da ürəyim

sözümə baxmır,

sıxılır, boğulur,

köksümə sığmır.

Bir az havam çatmır,

bir az nəfəsim,

bir az da ruhuma

qaranlıq çökür,

darıxmıram ki...

Yad oluram evimə,

əlim heç nəyə yatmır.

gəzirəm havalı tək,

heç nə başımı qatmır,

kipriyimdə yaş donur

üşüyür əllərim də..,

darıxmıram ki...

Könlüm intizar çəkir

sənə susayıram,

sənə acıram.

duyğular yetimləşir,

duaya əl açıram.

Qəribsəyir hisslərim

bir az xiffət edirəm,

darıxmıram ki...