ŞƏHİD GƏMİLƏR - Faiq Gəmilər

Ədəbiyyat 18:35 / 19.04.2025 Baxış sayı: 878

 

Heç vaxt gəmilərə əşya, yaxud nəqliyyat vasitəsi kimi baxmadım, dost bildim özümə. İşlədiyim gəmilər mənim Vətənim, kəndim, evim kimi idi.

 

Körpüyə gör necə çıdarlanıbdır?,

elə bil kəndiri qırıb qaçacaq..

Az qalıb, lap çox az,

görəcəksiniz

bir azdan ömrünü başa vuracaq.

Başqa bir gəmiyə yedək eləyib

“Karvan xidməti”nə aparacaqlar…

Sonra qaynaq ilə doğrayacaqlar

yuxusu qaçacaq göy dənizlərin

Səsi gəlməyəcək qağayıların

“Qanı” axmayacaq bu gəmilərin…

Hələki körpüdə buxovlanıbdır

Lövbəri paslanır…

Dor ağacında

ağ ləkə kimidi qağayı zılı…

Gövdəsi yosunlu, göyərtəsində

Yapışıb qalıbdır balıqqulağı…

Açıqca bilinir indiki halı?

Ümİdİ üzülüb, məyus dayanıb

hələ yuxusuna dənizlər girir.

Bir dəstə qağayı hay haray salıb

Üzdükcə ardıyca ləpələr gəlir..

Qəfil bir uğultu, qəfil bir təkan

onu xəyallardan qoparacaqlar.

Boynuna bir kəndir keçirəcəklər

dartıb doğramağa aparacaqlar.

Bir vaxtlar yararaq keçib getdiyi

suları "burnundan” gətirəcəklər.

heç kəs olmayacaq zərrə köməyi

Onu bu körpüdən götürəcəklər.

Qağayı dəstəsi dövrə vuracaq

Səsləri salacaq bizi heyrətə

Yorğun gəmiləri bu cür gətirib

Təhvil verəcəklər “Bibi Heybətə”.

İlahi, nə deyim, sən ki bilirsən

indi məyus duran bu gəm ilə

0ğurluq, doğurluq nələr edilib…

Bir azdan işini bitirəcəklər

İzini sulardan itirəcəklər-

Qurbanlıq qoyuntək doğrayacaqlar

Qaynağın altında mələr edilib.

Lap elə dünəndi, srağagündü

üzərdi Xəzərin duzlu suyunda.

Olmazdı nə səbri, nə sükunəti

yatsa yuxusuna gəlməzdi onda

naxələf çıxacaq gəmi heyəti.

Elə pul gəlirdi sudan quruya

səsi kəsilmirdi mühərriklərin

Nöyüt verirdilər, yağ tökürdülər

qarnı boş olmurdu mühərriklərin.

Bax İndi gör necə halı pisləşib

damıb ürəyinə, - doğrayacaqlar

Pas atıb, dirsəkli valı, pisləşib

hüzn yelləncəyi - dor ağacları…

Kəsib doğranacaq, əridəcəklər

Dənizin üstündən qağayıları

Bir az çörək atıb kiridəcəklər.

Armatur olacaq, axır, bu gəmi

hansısa villada dirək olacaq

mumtək əriyəcək bu nəhəng gəmi

hansısa məmura gərək olacaq...

Baxma, dərdi böyük, qəmi böyükdür

Yadına salacaq ötən anları

Nisgildir, ağrıdır; yükü böyükdür

“Suraxanı” atəşi, “Şamaxı” parı

Yox edə bilməyir o gəmilərdən

Gavur adlarını, “Şaumyan”ları.

“Sabit Orucov”lar, “Babazadə”lər.

“İlqar Poluyev”lər, “Ehram Xalıqov”,

“Təbriz Xəlilbəyli”, “Xaqan Dadaşov”,

“İsgəndər Xankişiyev, o yenilməz ər

“Oqtay Vəliyev”dən söhbət açmıram

”Samr Qliyev”dən, “Vadim Seyid”dən

“ədalət Gülməmmədov”, “Ramiz Hacıyev”

Çıxmaz yaddaşından, kimlər və nələr

Doğranan gəmilər – şəhid şəhidlər…

…Yaxşı ki, sevinə bildi bu gəmi

44 gün dağlarda döyüşüb gəldi,

Yeni “Azərbaycan”, “Xankəndi”, “Şuşa”

“Xocavənd”, Kəlbəcər”, “Laçın”, “Qubadlı”

“Xocalı”, “Suqovuşan” - daha inadlı

Bu adlar gəmiylə dənizə gəldi…

Eh, qoca gəmilər, qoca gəmilr

Xatirəlri qəlbdə uca gəmilər

Sizi öldürməyə aparacaqlar

Təptəzə müdirlər, köhnə əmilər…

19. 04. 2025

Bir qayıq və mətn şəkili ola bilər

 

Bütün reaksiyalar:

7Vasif Süleyman və başqa 6 nəfər