Şahverən Cavad - Payız yağışları qəm yazır yerə
Yığıb qaranlığı bez kimi payız
qatlayıb səhərin qoyur cibinə .
Yayın açıq qalan gün yaxasını
bağlayıb , gündüzü qısaldır yenə .
Ölümə tələsən qatardır ömür ,
Payız ayrılığı tərcümə edir .
Ömür- doğulandan payız fəslidir-
Günlər yarpaq kimi tökülüb gedir .
Payız yağışları qəm yazır yerə ,
Gün düşüb sözləri qurudur bir-bir .
Evlərin damından boylanan Günəş
Evinə tələsən yolçu kimidir .
Sanki,çaynağında- karvan buludlar
qışlağa dasıyır sıra dağları .
Zirvədən asılan kəndir cığırlar
qırılır-artıqca üstündə qarı .
Enibdir göylərin bulud tavanı,
Elə bil,torpağın səbrini içir.
Gecənin içindən keçir hər səhər,
Azadlıq həmişə zülmətdən keçir.
15.09.2026