Xəyalə Sevil - Ürəyimdən olsaydı,
Ədəbiyyat
10:39 / 15.09.2026
Baxış sayı: 198
Ürəyimdən olsaydı,
Nə boyda yol yürürdü.
Nolsun ki, sən görmədin,
Allah özü görürdü.
Sonradan anlamışam,
Kim cütüydü, kim təkdi.
Səndən getməyin yolu
Başıaşağı getməkdi.
Mən də yeni öyrəndim,
Ən yaxşısı budur də.
Adam sevib unutmur,
Darıxıb unudur də...