Sabir Zəkullaoğlu : -Bu gün qadınların hüquq və azadlıqlarının tanınması günüdür.

HÜQUQ 16:44 / 08.03.2025 Baxış sayı: 2355

Bu gün qadınların hüquq və azadlıqlarının tanınması günüdür.

İnsanın cinsindən və dinindən aslı olmayaraq özünüifadə azadlığından üstün bir dəyər yoxdur.

Təəssüflər olsun ki, müsəlman coğrafiyasının əksər ölkələrində qadın azadlığı ya sadəcə olaraq rəsmiyyət üzərində mövcuddur, ya da İran və Əfqanıstan kimi ölkələrdə həm rəsmi, həm də qeyri rəsmi olaraq çox məhdud çərçivədədir.

Təbii ki, bunun da kökü dinə, daha dəqiq desək, ərəb adət ənənələrinə gedib çıxır.

Ərəblər yeddinci əsrdə qadınlarla necə davranıblarsa, qadın hüquqları da o şəkildə dində öz əksini tapıb.

Peyğəmbərin rəsmən 9, bəzi mənbələrdə 11 arvad aldığı qeyd olunur.

Sıravı müsəlman 4 arvad ala bilər.

Bu rəsmən qadına qarşı edilmiş mənəvi terrordur. Dolayısıyla kişilərə qarşı da. Axı bir kişi öz qızının kiminsə dördüncü arvadı olmasına necə razı ola bilir?

Bunu necə qəbul edə bilir?

Mən hələ qadınlar haqda daş qalaq, bir kişi şahidə iki qadın şahidinin bəranırliyindən danışmıram.

Yəni qadınların hüquqları məhz dini baxımdan yanaşılanda, dini kurallarla idarə olunanda daha çox pozulur.

İşin maraqlı tərəfi ondan ibarətdir ki, dini yaşadan və onun yeddinci əsrdən qalma adətlərini təbliğ edən də məhz qadınlardır.

Azərbaycan cəmiyyəti, məhz anaların yetişdirdiyi, təlim tərbiyə verdiyi fərdlərdən ibarətdir.

Anaların vətəndaş cəmiyyətinin yetişməsində rolu çox böyükdür.

Arzu edirəm ki, həm Azərbaycanda, həm də bütövlükdə müsəlman coğrafiyasında 8 Mart gərçəkdən də qadınların hüquq və azadlığının tanınması günü kimi qeyd edilsin.

Bu işdə dövlətin də üzərinə iş düşür.

Məsələn, bu gün ultura səs müayinəsi (UZİ) yolu ilə qız uşaqları ana bətnindəcə məhv edilir. Bu qanunla qadağan edilməli. Edilibsə qanunun icrasına nəzarət edilməlidir.

Qadın hüquqlarına nəzarət ana bətnindən başlanmalıdır.

Uşaq pullarının verilməməsi dolayısıyla qadın imtiyazlarının məhdudlaşdırılması deməkdir.

Deyiləsi, yazılası söz çoxdur. Təəssüflər olsun ki, buna da vaxt yoxdur.

Bayramınız kutlu olsun, əziz xanımlar.

Sizə həmişə sevilməyi, sevməyi arzu edirəm.

 

Paylaş