Rafail Incəyurd : - ÖMÜR

Gündəm 09:45 / 28.04.2025 Baxış sayı: 941

 

 

Taleyin səmtini, haqqın yolunu

Sonadək heç kimin özü seçmədi.

Ömrün körpüsünü Adəmdən bəri

Kimsə “Doydum”- deyib rahat keçmədi.

 

Gerçək nə yozumun, nə höcətindi,

Ağıldan o yana nə hacət indi?

Ömrün qayəsini bilmək çətindi –

Nədi bu gəlhagəl?

Köçhaköç nədi?

 

İncəyurd xəyallar dərinliyində,

Səvərdi yetmişin sərinliyində...

Di gəl ki, dünyanın şirinliyində

Doxsan da heçnədi, yüz də heçnədi!

28.04.25