Prezident: “Azərbaycan və Serbiya sözün əsl mənasında strateji tərəfdaşdırlar”

SİYASƏT 20:12 / 23.11.2022 Baxış sayı: 307

“Serbiya ilə Azərbaycan arasında imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquq bazasını təşkil edir. Onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur”.

Yenises.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib.

“Biz sözün əsl mənasında strateji tərəfdaşıq”, - deyən dövlətimizin başçısı bildirib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər. Bizim əməkdaşlığımızın strateji hədəfləri var.