Polisin öldürdüyü şəxs özünü MTN əməkdaşı kimi təqdim edib - TƏFƏRRÜAT (VİDEO)
Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.
Yenises.az Baku TV-yə istinadla xəbər verir ki, zərərçəkmiş Rauf İsmayılov Baku TV-yə bildirib ki, maskalı şəxslər onun evinə özlərini MTN əməkdaşı kimi təqdim edərək daxil olub: "Qızım kameradan görüb ki, evə maskalı şəxslər daxil olur. Buna görə polisə məlumat verib və dərhal evimə əməliyyat təşkil olunub."