Növbəti köç karvanı - Cəbrayıla yola salındı

MƏMLƏKƏT 09:18 / 30.09.2024 Baxış sayı: 1080

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Yenises.az xəbər verir ki, bu dəfə Cəbrayıl şəhərinə 40 ailə - 123 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib.