Neftçalada İranın casusları saxlanıldı - ƏMƏLİYYAT

HÜQUQ 11:38 / 01.02.2023 Baxış sayı: 1773

Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar davam edir.

Yenises.az  Bakupost-a istinadən xəbər verir ki, bununla bağlı dünən Neftçala rayonunda da əməliyyat keçirilib.

Rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxsləri saxlayıb. Məlumata görə, Xəyyam bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar.

Onların bu gün hakim qarşısına çıxarılacağı gözlənilir.

 

  • Neftçalada İranın casus şəbəkəsinə qarşı əməliyyat - Saxlanılanlar var (FOTO)